Vəkillərin ağsaqqalı vəfat etdi

Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov vəfat edib.

AzNews.az xəbər verir ki, o, 84 yaşına vəfat edib.

İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub.

961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb. İşlə təmin olunmaq üçün Azərbaycan SSR Prokurorluğunun sərəncamına göndərilib. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub.

"Şərəf nişanı" ordeni, "Tərəqqi", "Əmək veteranı" medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Azərbaycan Respublikası Ədliyyə nazirinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. Respublikanın "Əməkdar hüquqşünası" fəxri adına layiq görülüb.

Ailəlidir, üç övladı, doqquz nəvəsi var.

Allah rəhmət etsin!

AzNews.az