- Üçüncü sektor
- 26 Noyabr 2018 11:57
- 1 722
Acun bu gün boşanır

TV 8-in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı və xanımı Şeyma Subaşı boşanır.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, cütlük bir neçə gün sonra rəsmi olaraq münasibətlərinə son qoyacaqlar. Acunla Şeymanın boşanmağının bir neçə səbəbinin olduğu iddia edilsə də, bu barədə konkret olaraq məlumat verilməyib.
Qeyd edək ki, hər iki şəxs ötən ilin sentyabr ayında rəsmi olaraq ailə qurublar, cütlüyün Melisa adlı 5 yaşlı qızları var.
***
"Hurriyet" qəzeti yazıb ki, Acun Ilıcalı və Şeyma Subaşı bu gün qarşılıqlı razılaşma əsasında boşanacaqlar.
***
Acun Ilıcalı Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramının aparıcılarına mesaj yazaraq boşanma xəbərini təsdiqləyib: ”Boşanırıq, xəbərlər doğrudur. Hər kəs üçün xeyirlisi olsun”.(qafqazinfo.az)
© AzNews.az