"Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir Ermənistan konyakı bağışladılar". "Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir Ermənistan konyakı bağışladılar".
  • Tribuna
  • 14 Yanvar 2019 13:35
  •  2 236

Deputat şahid olduğu "konyak diplomatiyası"ndan danışdı

"Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir Ermənistan konyakı bağışladılar".

AzNews.az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanın "konyak diplomatiyası" barədə şahidi olduğu bir hadisədən danışıb.

Deputat bildirib:

"Bununla bağlı şahidi olduğum bir hadisəni söyləmək istəyirəm. Təqribən 10-15 il əvvəl Gürcüstanın paytaxtı Tiflis şəhərində Cənubi Qafqaz ölkələrinin əhatə olunduğu beynəlxalq tədbirdə iştirak edirdim. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdilər. İkigünlük tədbirin sonunda Gürcüstan tərəfi iştirakçılar üçün ziyafət təşkil etdi. Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir Ermənistan konyakı bağışlamağa başladılar. Azərbaycan tərəfi onlardan hədiyyə almamaq üçün ziyafətin sonunu gözləmədən hotelə getdi".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib:

"Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi...".

AzNews.az