Tədbir iştirakçıları namizədin seçiləcəyi təqdirdə gələcək fəaliyyəti haqqında da suallar ünvanlayıblar Tədbir iştirakçıları namizədin seçiləcəyi təqdirdə gələcək fəaliyyəti haqqında da suallar ünvanlayıblar
  • Tribuna
  • 24 Yanvar 2020 19:44
  •  20 282

Şəkililərin etimadını doğruldacağam - Vüqar İskəndərov

Tədbir iştirakçıları namizədin seçiləcəyi təqdirdə gələcək fəaliyyəti haqqında da suallar ünvanlayıblar

113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İskəndərov Vüqar Yapon oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər sakinləri ilə növbəti görüşü baş tutub.

AzNews.az xəbər verir ki, görüşdə şəhər ictimaiyyəti ilə yanaşı YAP Şəki Təşkilatının Gənclər Birliyinin fəal üzvləri də iştirak edib.

250-dən çox sakinin qatıldığı tədbirdə YAP-ın namizədi böyük coşğu ilə qarşılanıb. YAP seçki qərargahının təbliğatçıları sakinləri namizədin tərcümeyi halı ilə tanış ediblər.

Seçki qərargahının sədri Kamil Məmmədov növbədənkənar parlament seçkilərində şəkililəri fəal iştirak etməyə çağırıb. Həmçinin təbliğat təşviqat kampaniyası çərçivəsində sakinlər tərəfindən YAP-a böyük etimad göstərildiyinin şahidi olduqlarını vurğulayıb. Daha sonra sakinlər YAP-ın namizədi haqqında öz müsbət fikirlərini söyləməklə yanaşı, aparılan islahatlar çərçivəsində belə perspektivli kadrlara yer verdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir iştirakçıları namizədin seçiləcəyi təqdirdə gələcək fəaliyyəti haqqında da suallar ünvanlayıblar. YAP-ın 113 saylı seçki dairəsindən vahid namizədi Vüqar İskəndərov isə partiyasının platforması ilə seçiciləri tanış edib. Seçiləcəyi təqdirdə başda YAP sədri, prezident cənab İlham Əliyev olmaqla seçicilərin, şəkililərin etimadını doğruldacağına söz verib.

AzNews.az