- Türkiyə
- 12 Noyabr 2018 17:01
- 2 379
Ərdoğanı oyuna dəvət edən boksçudan xəbər var

Prezident R.T. Ərdoğanı matçına dəvət edən boksyor Manuel Çarrın dopinq nəticələri təmiz çıxıb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən günlərdə dopinqli maddə istifadə etdiyi iddia edilərək oyunu ləğv olunan və kəməri əlindən alınmaq istənilən ağır çəkili boksyor, müsəlman dünya şampiyonu Mahmut Ömər Manuel Çarrın dopinqdən istifadə etmədiyi açıqlanıb.
Dünya dopinq heyəti ilk testlərdə xətaya yol verildiyini və boksyorun B kontrolunda dopinqli maddə aşkarlanmadığı deyilib. R.T. Ərdoğanı matçına dəvət etdiyini deyən Çarr, “Ərdoğan matçıma gələcəkdi. Türk izləyiciləri də dəvət etdim. Buna görə də mənə şər ataraq matçımı ləğv etdirdilər. Ancaq günahsız olduğum açıqlandı. İndi yenidən kəmərimi qorumaq üçün matçlara çıxmalıyam. Gələn il prezidentimizin də köməyi ilə Türkiyədə Atatürk stadionunda böyük bir matça çıxmaq istəyirəm. Türk iş adamları və böyüklərin önündə “Osmanlı Savaşçısı” olaraq mübarizə aparmaq istəyirəm. Gəlirlərin yarısını da Türkiyədəki yardım təşkilatlarına vermək istəyirəm. Sizlər dünyaya nümunə göstəriləcək insanlarsınız. Suriyalı boksyor olaraq təkrar-təkrar təşəkkür edirəm. Türkiyəni və türk xalqını çox sevirəm”, - deyə bildirib.
Pərvanə AĞAZADƏ
AzNews.az