"Firatın şərqinə əməliyyat gəlir"

Boltonun həmsöhbəti İbrahim Kalındır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasından sonra jurnalistlərin suallarına cavab verib.

AzNews.az xəbər verir ki, prezident ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonla bağlı verilən suala “Boltonun həmsöhbəti İbrahim Kalındır. Biz əgər görüşməyi lazım bilsəkdik, belə tələblə razılaşardıq. Bolton Baş qərargah rəisi ilə də görüşüb. Bizim də işlərimiz çoxdur. Belə bir şeyə indi ehtiyac yoxdur” deyib.

Firatın şərqindəki terroristləri zərərsizləşdirmək üçün təşkil olunan əməliyyatla bağlı danışan Ərdoğan “Bir zamanlar bizim Ayşə tətilə getmişdi. Biz də bir gecə xəbərsiz gələ bilərik” deyə bildirib.

Prezident Ağ Evin sahibi Donald Trampla hər an telefonla danışa biləcəyini də qeyd edib.

Pərvanə Ağazadə

AzNews.az