- Türkiyə
- 2 Mart 2019 17:02
- 1 935
Türkiyə ABŞ-ın PKK ilə bağlı qərarını alqışlayıb
“Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayır”.
“Hurriyet” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
“ABŞ Dövlət Departamenti 1997-ci ildə terror qruplaşması kimi tanıdıqları PKK-nın xarici terror təşkilatları siyahısında qalacağını bəyan edib. Dövlət Departamentinin açıqlamasında PKK-ya qarşı mübarizənin qərarlı formada davam edəcəyi vurğulanıb. Biz də bunu alqışlayırıq. Müttəfiqimiz ABŞ-dan eyni yanaşmanı PKK-nın bölgədəki qolları olan YPG-PYD qruplaşmalarına qarşı da göstərməsini gözləyirik”, - XİN rəsmisi deyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin martın 1-də yaydığı bəyanatda PKK-nın terrorçu qruplaşmalar siyahısında qalacağı bildirilib.(report.az)
AzNews.az