“ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır” “ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır”

“Tramp Türkiyəyə səfər etməyi planlaşdırır” - Çavuşoğlu

“ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır”

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı D.Tramp arasında telefon danışıqları olur: “Qarşılıqlı səfərlərə gəlincə, Donald Tramp Türkiyəyə səfər etmək istədiyinin bildirib. Bununla bağlı ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər. İki dövlət arasında yanlış anlaşılmaların aradan qaldırlması və müsbət şəraitin yaradılması baxımından belə ziyarətlərin əhəmiyyətli olduğunu gördük”.(report.az)

AzNews.az