Yeni təşkilatın şüarı “Hamımız buradayıq”dır Yeni təşkilatın şüarı “Hamımız buradayıq”dır

CHP-dən qovulan deputat yeni partiya qurur

Yeni təşkilatın şüarı “Hamımız buradayıq”dır

Cümhuriyyət Xalq Partiyasından (CHP) 2018-ci ildə xaric edilən Ardahan millət vəkili Öztürk Yılmaz yeni partiya qurur.

“Haberler” xəbər verir ki, yeni təşkilatın şüarı “Hamımız buradayıq”dır. Yılmaz “Hədəfimiz Türkiyədə köklü dəyişikliklər edəcək siyasi partiya qurmaq üçün ilk addım atmaqdır” deyib. O bildirib ki, heç bir siyasi partiyanın təkrarı olmayacaqlar və heç kimlə şəxsi qərəzliyi yoxdur:

“Bu partiya ədalətsizlik üzərində qurula bilməz. Onun tərkibində irqçilərə, faşistlərə, separatçılara, terrorçulara yer yoxdur”.

Artıq pariyanın ilk üzvləri də bəllidir. Bunlar keçmiş nazir Abdülhaluk Mehmet Çay və professor Anıl Çeçendir.

Xatırladaq ki, Yılmaz CHP-dən “Türkcə azan” açıqlaması və partiya rəhbəri Kamal Kılıçdaroğlunun ünvanına səsləndirdiyi sərt sözlərinə görə xaric edilib.(qafqazinfo.az)

AzNews.az