Hakan Atillaya yeni vəzifə verildi

"Bu vəzifənin ona və "Borsa İstanbul" üçün uğurlu olmasını diləyirəm"

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq ABŞ-dan həbsdən qayıdan “Xalqbank”ın keçmiş baş direktor müavini Hakan Atillaya vəzifə verib.

“Hürriyet”in məlumatına görə, Hakan Atilla “Borsa İstanbul”un baş direktoru təyin edilib. Bu barədə Bərat Albayraq Tvitter səhifəsində yazıb:

“Günahsız yerə həbs həyatı yaşadıqdan sonra ailəsinə və ölkəsinə qovuşan Hakan Atillanın dincəlmək dövrü bitdi. “Borsa istanbul”un baş direktoru kimi işə başlayır. Bu vəzifənin ona və “Borsa İstanbul” üçün uğurlu olmasını diləyirəm”.

Qeyd edək ki, Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozması iddiası ilə Nyu-Yorkda 32 ay həbs həyatı yaşayıb. O, bu yaxınlarda Türkiyəyə ekstradisiya olunub.(qafqazinfo.az)

AzNews.az