Ölənlər var Ölənlər var

PKK Türkiyədə terror aktı törədib - FOTO

Ölənlər var

Türkiyənin Şırnak şəhərində PKK terror qruplaşmasının içində fəhlələr olan maşını partlatması nəticəsində 4 nəfər ölüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnakın Silopi rayonunda baş verib.

Belə ki, PKK terrorçuları tərəfindən yola əvvəlcədən qoyulmuş əldədüzəltmə bomba yol-tikinti şirkətlərindən birinə məxsus texnika üçün yanacaq daşıyan yük maşını keçərkən partlayıb.

Nəticədə avtomobildə olan fəhlələr Nasim Beştaş, Osman Tuncay, Hacı Atilla və Emin Eruğul ölüb.

Şırnak Valiliyinin mətbuat xidmətindən bildiriblər ki, partlayış terror aktı nəticəsində baş verib.

Pərvanə