- Türkiyə
- 4 İyul 2020 16:18
- 3 839
Türkiyədə lunaparklar açılır

Giriş-çıxışlar insanların bir-birləri ilə təmaslarının qarşısı alınacaq şəkildə tənzimlənəcək
Türkiyədə lunaparkların açılacağı tarix məlum olub.
AzNews.az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, ölkənin Daxili İşlər Nazirliyi lunaparkların 6 iyulda fəaliyyətə başlayacağını açıqlayıb.
Bildirilir ki, ziyarətçilərin gigiyena, maska və sosial məsafə qaydalarına əməl etməsi üçün ciddi tədbirlər görüləcək, giriş-çıxışlar insanların bir-birləri ilə təmaslarının qarşısı alınacaq şəkildə tənzimlənəcək.