- Türkiyə
- 27 Noyabr 2020 20:43
- 5 872
Türkiyənin siyasi partiyaları Qarabağla bağlı qətnaməni pisləyən bəyanat yaydı

Bəyanat parlamentin sədri Mustafa Şəntopun imzası ilə yayılıb
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyası (AKP), CHP, MHP və İYİ partiyalarının millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.
AzNews.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bəyanat parlamentin sədri Mustafa Şəntopun imzası ilə yayılıb.
"Ölkəmiz və qardaş Azərbaycan əleyhinə bu cür düşməncəsinə addımlar atanların Məclisimiz və əziz millətimiz tərəfindən nəzərə alındığını elan edirik", - deyə birgə bəyanatda qeyd olunur.