Türkiyə MN məlumat yayıb Türkiyə MN məlumat yayıb

Hülusi Akar İraqa gedib - FOTO / VİDEO

Türkiyə MN məlumat yayıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər İraqın paytaxtı Bağdadda səfərdədir.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində məlumat yayıb.

H.Akar İraqın müdafiə naziri Cuma Anad və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Görüşlərdə terrorçuluqla mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.