- Türkiyə
- 27 Yanvar 2021 21:23
- 6 074
Türkiyədə indiyədək peyvənd olunanların sayı açıqlandı

Bu günə qədər 1,5 milyon insan peyvənd olunub
Türkiyədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri kimi, 14 yanvardan başlayaraq peyvəndləmə həyata keçirilir.
AzNews.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu günə qədər 1,5 milyon insan peyvənd olunub.
Qeyd edək ki, Türkiyədə yanvar ayının ikinci ongünlüyündən başlayaraq yoluxma və ölüm hallarının sayında azalma müşahidə olunur.