"Masada fərqli, meydanda fərqli davranış görə bilməzsiniz bizdən” "Masada fərqli, meydanda fərqli davranış görə bilməzsiniz bizdən”

"Azərbaycanla qardaşlığımız şərtlərə, zamana görə dəyişməyəcək" - Türkiyənin vitse-prezidenti Fuat Oktay

"Masada fərqli, meydanda fərqli davranış görə bilməzsiniz bizdən”

“Ermənistan Qarabağda qadın, uşaq demədən dinc sakinləri qətlə yetirərkən beynəlxalq ictimaiyyət səssiz qaldı”.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay söyləyib.

“Biz isə Qarabağ davasında prezidentimizin rəhbərliyi altında bu günədək masada verdiyimiz dəstəyi meydanda da nümayiş etdirdik və artıq Qarabağ şanlı zəfəri ifadə edir. Çünki bizim qardaşlığımız zamana, duruma, şərtlərə görə dəyişməz. Bəzi qrupların etdiyi kimi masada fərqli, meydanda fərqli davranış görə bilməzsiniz bizdən”, - deyə vitse-prezident vurğulayıb.(Report)

AzNews.az