Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib

Türkiyədə karantin ləğv olunur

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib

Türkiyədə bazar ertəsindən etibarən tam qapanma başa çatacaq.

AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Koronavirusla mübarizə çərçivəsində bazar ertəsindən etibarən nəzarət altında olmaq şərtilə, normallaşma təqvimini tətbiq etməyə başlayacağıq.

Niyyətimiz mayın sonuna qədər nisbətən ehtiyatlı hərəkəti davam etdirməkdir. İyun ayından gündəklik həyatı rahatladacaq şəkildə tədbirləri yumşaldacağıq”, - Ərdoğan bildirib.