Terrorçular artilleriya silahlarından atəş açıblar Terrorçular artilleriya silahlarından atəş açıblar

PKK Afrin şəhərini vurdu, azı 13 nəfər ölüb

Terrorçular artilleriya silahlarından atəş açıblar

PKK silahlılarının Suriyanın Afrin şəhərinin mərkəzini və yerli xəstəxananı atəşə tutması nəticəsində azı 13 mülki şəxs həyatını itirib və çox sayda insan yaralanıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Tel-Rifat bölgəsində yerləşən terrorçular Afrinin mərkəzinə və Şifa xəstəxanasına artilleriya silahlarından atəş açıblar. Nəticədə 13 mülki şəxs həyatını itirib və çox sayda yaralı var”, - deyə nazirliyin “Twitter” səhifəsində bildirilib.

“Anadolu” agentliyinin yazdığına görə, hücum zamanı azı 27 nəfər yaralanıb.