İYİ Partiyasının sədri Meral Akşenər Bəşər Əsədlə görüşəcək

Aznews.az xəbər verir ki, İYİ Partiya sözçüsü və sədrin baş müşaviri Kürşad Zorlu Meral Akşenərin Bəşər Əsədlə görüşəcəyini bildirib. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini deyən Zorlu masada 4 mühüm mövzunun olacağını bildirib və bu maddələri bir-bir sadalayıb.

  • Ölkələrini tərk etməli olan suriyalıların vətənlərinə qayıtmaları üçün lazımi iqtisadi, sosial və təhlükəsizlik şəraitinin təmin edilməsinə töhfə vermək.
  • Suriyanın ərazi bütövlüyünü qorumaq üçün Suriyada mövcudluğunu davam etdirən PKK/YPG terror təşkilatının fəaliyyətinə son qoymaq üçün ortaq strategiyanın hazırlanması.
  • Suriyanın yenidən qurulması və beynəlxalq birliyə çevrilməsi üçün diplomatik dəstəyin göstərilməsi.
  • Suriyada fəaliyyət göstərən PKK/YPG-dən başqa terror təşkilatları ilə mübarizədə ortaq yanaşmanın inkişaf etdirilməsi, Türkiyə və Suriya üçün təhlükəsizlik təhdidinin yaradılması.

Mövsüm Şahsuvar