Malatyada 4,3 bal gücündə zəlzələ baş verib

Türkiyədə Malatyanın Doğanşehir rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 12.23-də episentri Doğanşehir olmaqla 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 17,7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Malatya valisi Ersin Yazıcı, sosial media platformasında etdiyi şərhdə, "Mərkəzi Doğanşehirdə olan 4,3 bal gücündə zəlzələdə bütün AFAD qrupları və aidiyyatı qurumlarımız çöl axtarışlarına yönəldilib. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun",-deyə qeyd edib.

Mövsüm

Aznews.az