Numan Kurtulmuş: Türkiyədə yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək

Türkiyədə yeni konstitusiyanın qəbulu ilə bağlı müzakirələr davam edir.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, siyasətçilər bu məsələdə fəallıq göstərirlər: “Mayın sonuna qədər siyasi partiyaların fikirlərini almaq istəyirik. Proseslər uğurla davam edərsə, nəticə əldə olunacağına inanıram”.

N.Kurtulmuş söyləyib ki, son qərarı TBMM verəcək: "Təkcə siyasilərin fikirləri ilə kifayətlənməyəcəyik. Həm də vətəndaş cəmiyyətlərinin fikirlərini öyrənəcəyik". (report)