Hakan Fidan Ukrayna Sülh Sammitində iştirak edəcək

Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah İsveçrədə başlayacaq Ukrayna Sülh Sammitində Türkiyənin Ukraynadakı müharibənin ədalətli və daimi həlli üçün beynəlxalq səylərə əlindən gələn dəstəyi verməyə hazır olduğunu bəyan edəcək.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitində iştirak edəcək.

Sammitin açılış sessiyasında çıxış edəcək Fidan münaqişələrin Ukraynaya dağıdıcı təsirinin artdığını, regional və qlobal səviyyədə mənfi nəticələrinin getdikcə dərinləşdiyini bəyan edəcək.

Nazir Fidan Rusiya-Ukrayna müharibəsinin genişlənməsi və kütləvi qırğın silahlarından istifadə riskinin artdığını və Türkiyənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini vurğulayacaq.

Mövsüm

Aznews.az