- Türkiyə
- 2 Avqust 2024 16:24
- 8 119
Türkiyədə İŞİD-ə qarşı “Gürz-4” əməliyyatı: 99-u nəzarətə götürdü
Türkiyə Daxili İşlər naziri Ali Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə, İstanbul, Ankara və İzmir də daxil olmaqla 26 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı “Gürz-4” əməliyyatları həyata keçirilib.
İl Təhlükəsizlik Müdirliyi tərəfindən Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında təşkil edilən və 3 gün davam edən əməliyyatlarda 99 şübhəli ələ keçirilib.
İşdə iştirak edən polisləri təbrik edən Yerlikaya əməliyyatın görüntülərini də paylaşıb.
Mövsüm
AzNews.az