Türkiyədə Rusiya və Qazaxıstandan gələn turistləri daşıyan avtobus qəzaya uğrayıb

Türkiyədə Rusiya və Qazaxıstandan turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ilkin olaraq 13 nəfər xəsarət alıb.

Bu barədə "Muğla gazetesi" xəbər portalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə ölkənin cənubundakı Muğla vilayətində baş verib.

Portalın məlumatına görə, avtobus aşıb. Qəza yerinə təcili tibbi yardım əməkdaşları, polis və yanğınsöndürənlər göndərilib.

Zərərçəkənlərin xəstəxanaya göndərildiyi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının araşdırmalara başladığı bildirilib.

Mövsüm

AzNews.az