- Türkiyə
- 8 Avqust 2024 20:20
- 7 500
Türkiyədə dünyaca məşhur oyun platforması "Roblox"a giriş bloklanıb
Türkiyədə dünyaca məşhur “Roblox”a giriş bloklanıb.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Bildirilib ki, platformaya girişin bloklanmasına səbəb uşaq istismarına səbəb olacaq məzmun ehtiva etməsidir.
Qeyd edək ki, “Roblox” dünyada milyonlarla istifadəçisi olan məşhur oyun platformalarından biridir.