- Türkiyə
- 9 Avqust 2024 14:09
- 6 465
Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb
Ankaranın Polatlı məhəlləsində avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 26 nəfər yaralanıb.
Qubernator Vasip Şahin bu barədə TRT Haber telekanalında məlumat verib.
Qəza yerli vaxtla saat 5:00 radələrində Ankara - Eskişehir avtomobil yolunda baş verib. Telekanalın məlumatına görə, avtobus yolun hasarını aşıb və dəmir yolu keçidinin dayağına çırpılıb.
"İlkin məlumatlara görə, qəza nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb", - Türkiyə paytaxtının qubernatoru bildirib.
Mövsüm
AzNews.az