- Türkiyə
- 14 Avqust 2024 14:30
- 6 959
Türkiyə ölkəyə daxil olan şəxslərin barmaq izlərini almağa başlayacaq
Türkiyə ABŞ və Böyük Britaniyada olduğu kimi ölkəyə daxil olan əcnəbilərin barmaq izlərini almağa başlayacaq.
Bu barədə “Sabah” qəzeti Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya istinadən məlumat yayıb.
Yerlikay qeyd edib ki, Türkiyəyə gələn əcnəbilərin barmaq izlərinin alınması qeyri-qanuni mühacir və immiqrant qaçaqmalçılığı ilə mübarizə strategiyasının bir hissəsi olacaq.
Türkiyədə qeydiyyatda olan 4 milyon 437 min 329 əcnəbi var. Onların 3 milyondan çoxu Suriya vətəndaşıdır.
Mövsüm
Aznews.az