Türkiyədə millət vəkilləri arasında dava düşüb

Türkiyə Böyük Millət Məclisində həbsdə olan deputat Can Atalayla bağlı iclas zamanı dava düşüb.

Bu barədə TGRT Haber məlumat yayıb.

“Kürsüyə çıxan millət vəkili Əhməd Şik ilə Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri arasında dava düşüb. Sessiya yumruqların havada uçduğu davaya görə yarımçıq qalıb”, - materialda deyilir.

Mövsüm

AzNews.az