Ankara və Boluda meşə yanğını nəzarətə götürülüb

Ankaranın Kızılcahamam rayonunda başlayan yanğın Bolunun Gerede mahalına da keçib.

Yanğının Gerede rayonunun Dəmirlər kəndi ərazisinə keçməsi riskinə qarşı kənddəki vətəndaşlar təxliyə edilib.

Havadan və qurudan edilən səylərlə yanğın nəzarət altına alınıb.

Ankara valisi Vasip Şahin və Bolu valisi Erkan Kılıç bölgəyə baxış keçirib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Mövsüm

AzNews.az