- Türkiyə
- 28 Avqust 2024 17:06
- 5 675
Türkiyə Şimali İraqda PKK liderlərindən birinin zərərsizləşdirildiyini bildirib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında ölkədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) liderlərindən birini keçirdiyi xüsusi əməliyyat nəticəsində zərərsizləşdirib.
Bu barədə Türkiyənin Anadolu agentliyi təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
“Pelin Batman kod adlı terrorçu 1998-ci ildə PKK-ya qoşulub. Türkiyə xüsusi xidmət orqanları terrorçu Tekikin Süleymaniyyədə olması barədə məlumat alıblar”, - agentliyin həmsöhbətləri bildiriblər.
Qadının Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) dəstəyi ilə Süleymaniyyədə təbliğat və dezinformasiya fəaliyyəti həyata keçirdiyi də müəyyən edilib.
Mövsüm
AzNews.az