Prezident Ərdoğan: Biz bu böyük fəlakətə qarşı Banqladeşin yanındayıq

Prezident Rəcəb Tayyib Ərdoğan Banqladeşdə baş verən sel fəlakəti ilə əlaqədar olaraq, "5 milyondan çox insanı təsir edən bu böyük fəlakətə qarşı bölgəyə yardımlarımızı çatdırırıq. Xüsusilə də yol nəqliyyatının kəsildiyi bölgələrə 16 min 750 yardım paketinin paylanmasına başladıq”.

Prezident Ərdoğan Banqladeşdə baş verən sel fəlakəti və Türkiyədən göndərilən yardımla bağlı açıqlama verib.

Yardımın AFAD və TİKA-nın rəhbərliyi ilə edildiyini bildirən Ərdoğan deyib:

"Sel fəlakəti səbəbiylə çətin günlər yaşayan dostumuz və qardaşımız Banqladeşə Türkiyə yardım əlini uzadır. 5 milyondan çox insanın təsir etdiyi bu böyük fəlakətə qarşı AFAD-ın koordinasiyası ilə bölgəyə yardımlarımızı çatdırırıq. Xüsusilə fəlakətdən ən çox təsirlənən, yol nəqliyyatının kəsildiyi bölgələrdə".

Mövsüm

AzNews.az