“Mənim oğlumun qatili Ərdoğandır“ - VİDEO

"Gəzi parkı" hadisələrinə dəstək məqsədilə Ankarada keçirilən aksiyada polis gülləsindən dünyasını dəyişən Ethem Sarısülükün anası canlı efirdə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın övladına qarğış edib.

Ötən gün "Halk" telekanalının qonağı olan Sayfi Sarısülük aparıcının təhriki ilə baş nazirin ünvanına ağır sözlər deyib. Ərdoğanı qatil adlandıran Sarısülük ona övlad acısı arzulayıb.

"Tayyib də öz övladının acısını görsün. Mənim kimi o da canından vurulsun. Qatili odur, budur deməsin. Mənim oğlumun qatili Ərdoğandır".//anspress//



AzNews.az