• Qərb
  • 14 Yanvar 2019 15:01
  •  525

Trampın tviti haqda Pompeo da danışdı

"Trampın Suriyadan çıxmaq barəsində fikri dəyişməyəcək".

ABŞ-ın dövlət katibi Mayk Pompeo Orta Şərq səfəri çərçivəsində getdiyi Səudiyyə Ərəbistanında açıqlamalar verib.

AzNews.az xəbər verir ki, o bildirib ki, Tramp Türkiyə ilə bağlı tvitində bu ölkəyə tətbiq edilə biləcək sanksiyaları və buna bənzər zərbələri nəzərdə tutur.

"Trampın Suriyadan çıxmaq barəsində fikri dəyişməyəcək. Biz çıxdıqdan sonra Suriyada təhlükəsiz bölgə yaradılacaq və sərhəd xətti qorunacaq". Pompeo belə deyib.

Pərvanə Ağazadə

AzNews.az