Nyu-York son illərin ən izdihamlı cənazə törənini yaşayıb. Nyu-York son illərin ən izdihamlı cənazə törənini yaşayıb.
  • Qərb
  • 3 Aprel 2019 14:28
  •  2 118

İnternet və telefonu rədd edən yəhudinin 100 minlik cənazə törəni - FOTO

Nyu-York son illərin ən izdihamlı cənazə törənini yaşayıb.

Aprelin 1-də vəfat edən yəhudi əsilli Haham Yisroel Avrohom Portugalın cənazə mərasiminə yüz minlərlə insan qatılıb.

Nyu-York polisi bəyan edib ki, törənə 100 minlərlə insanın qatılması səbəbindən o qədər basırıq olub ki, nəticədə 2 polis əməkdaşı yaralanıb.

Nasist Almaniyasından xilas edilən yəhudilər arasında olan Haham Yisroel sonradan ABŞ-a köçüb.

İnternet, telefon kimi texnoloji yenilikləri rədd edən Hahamın cənazə törənində insanlardan xahiş olunub ki, əllərini telefonlara vurduqdan sonra cənazəyə toxunmasınlar.

Ancaq bu xəbərdarlığa baxmyaraq, çoxlu sayda insanın əlində mobil telefonların olduğu görünüb.(teleqraf.com)

AzNews.az

image description image description