ABŞ-ın müxtəlif ştatlarında anomal istilər davam edir ABŞ-ın müxtəlif ştatlarında anomal istilər davam edir
  • Qərb
  • 20 İyul 2019 21:58
  •  2 967

ABŞ-da 6 nəfər istidən öldü

ABŞ-ın müxtəlif ştatlarında anomal istilər davam edir

“CBS” telekanalı xəbər verir ki, hava temperaturunun kəskin dəyişməsi nəticəsində azı altı nəfər həyatını itirib.

Onlardan dördü Merilend, biri Arizona, daha biri isə Arkanzas ştatında vəfat edib.

Məlumata görə, istilər ABŞ-ın Orta Qərb və şərq sahillərində yaşayan 200 milyonadək insana təsir edə bilər.

Bazar günü bu ərazilərdə havanın temperaturu 32 dərəcədən yuxarı qalxa bilər.(qafqazinfo.az)

AzNews.az