İstintaq Parisin banditizmlə mübarizə briqadası tərəfindən aparılır İstintaq Parisin banditizmlə mübarizə briqadası tərəfindən aparılır
  • Qərb
  • 22 İyul 2019 15:40
  •  1 953

Parisdə şahzadənin yarım milyonluq qızılı oğurlandı

İstintaq Parisin banditizmlə mübarizə briqadası tərəfindən aparılır

İtaliyalı şahzadə Emanuele Filiberto di Savoyanın Fransa paytaxtı Paris şəhərindəki mənzilindən böyük miqdarda zərgərlik məmulatı oğurlanıb.

TASS xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" qəzeti yazıb.

Qəzetin məlumatına görə, iyulun 19-da baş verən soyğun zamanı şahzadə və həyat yoldaşı - fransalı aktrisa Klotilde Kuro mənzildə olmayıb. Ehtimal olunur ki, oğrular evdə qiymətli daş-qaşlar olması barədə əvvəlcədən yaxşı məlumatlı olublar.

İstintaqa yaxın mənbənin qəzetə açıqladığına görə, oğrular ən bahalı zərgərlik məmulatlarını götürüb. Onların, təxminən, dəyəri 500 min avrodur.

İstintaq Parisin banditizmlə mübarizə briqadası tərəfindən aparılır.

Qeyd edək ki, şahzadə Emanuele Filiberto di Savoya sülalənin hazırkı lideri Viktor Emanuele di Savoyanın yeganə varisidir.(report.az)

AzNews.az