İki dövlətin xarici siyasət idarələrinin rəhbərləri müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər İki dövlətin xarici siyasət idarələrinin rəhbərləri müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər
  • Qərb
  • 20 Noyabr 2019 23:03
  •  2 947

Pompeo Brüsseldə Çavuşoğlu ilə nəyi müzakirə etdi?

İki dövlətin xarici siyasət idarələrinin rəhbərləri müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər

ABŞ-ın dövlət katibi Mayk Pompeo Brüsseldə Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Bildirilir ki, iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Dövlət katibi Pompeo və Türkiyənin xarici işlər naziri Çavuşoğlu ikitərəfli və çoxtərəfli təhlükəsizliyə, müdafiəyə dair ABŞ və Türkiyənin ikitərəfli əlaqələrini müzakirə edib", - deyə Dövlət Departamentinin xəbərində bildirilir.

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb.(report.az)

AzNews.az