Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb
  • Qərb
  • 22 May 2020 21:38
  •  3 653

Son sutkada İtaliyada 652 nəfər koronavirusa yoluxub

Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb

İtaliyada son sutka ərzində daha 652 nəfər koronavirus infeksiyasına yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 228 658 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 130 nəfər artaraq ümumilikdə 32 616 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 136 720 xəstə sağalıb.