Ağ Ev Trampın prezidentliyinin son günündə əfvi istənilən 143 şəxsin siyahısını yayımlayıb Ağ Ev Trampın prezidentliyinin son günündə əfvi istənilən 143 şəxsin siyahısını yayımlayıb
  • Qərb
  • 20 Yanvar 2021 15:09
  •  4 878

Tramp 73 nəfəri əfv etdi

Ağ Ev Trampın prezidentliyinin son günündə əfvi istənilən 143 şəxsin siyahısını yayımlayıb

Dörd illik ABŞ prezidentliyindən sonra bu gün vəzifəsi ilə vidalaşacaq Donald Tramp yeni əfv qərarları ilə gündəmə gəlib.

AzNews.az xəbər verir ki, o, vəzifəsindən getməyə saatlar qalmış Ağ Evin keçmiş baş strateqi Stiv Bannon, məşhur repçilər Lil Vayne və Kodak Blək də daxil olmaqla, bir çox şəxsi əfv edib.

Qeyd edək ki, S.Bannon 2016-cı ildə D.Trampın seçki kampaniyasını idarə edib. O, ABŞ-Meksika sərhədində inşa ediləcək divar üçün toplanan yardımın bir qismini şəxsi ehtiyaclarına xərcləməkdə ittiham olunub.

“The New York Times” ve CNN Trampın bu qərarını Bannonun məhkəməsi öncəsi atılan “önləyici addım” adlandırıb.

O da bildirilib ki, əfv olunanlar arasında onun heç bir ailə üzvü yoxdur.

Ağ Ev Trampın prezidentliyinin son günündə əfvi istənilən 143 şəxsin siyahısını yayımlayıb. Prezident onlardan 73-ü üçün əfv qərarı çıxarıb, 70-nin isə cəzası yüngülləşdirilib.