• Qərb
  • 10 İyun 11:45
  •  2 930

“UNO-lar ABŞ-ın nüvə obyektlərinə dəfələrlə hücum edib” - Keçmiş Pentaqon əməkdaşı

Yaxın zamanda Pentaqonun UNO-larla bağlı Konqresə hesabat təqdim edəcəyi gözlənilir

Uzun illər ABŞ Müdafiə Nazirliyində çalışan Luis Elizondo uçan naməlum obyektlərlə (UNO) bağlı “Washington Post”a maraqlı açıqlamalar verib.

AzNews.az-ın məlumatına görə, Pentaqonun qabaqcıl hava təhdidlərinin müəyyənləşdiriləsi proqramının keçmiş rəhbəri bildirib ki, indiyədək ABŞ-da UNO-ların (Uçan Naməlum Obyektlər) müdaxiləsi nəticəsində nüvə obyektlərinin fəaliyyətində ciddi problemlər baş verib.

“UNO-ların bəzi ölkələrdə nüvə texnologiyalarına müdaxilə etməsi, onları inkişaf etdirərək aktivləşdirməsi barədə kifayət qədər məlumatlarımız var”, - deyə o bəyan edib.

Qeyd edək ki, yaxın zamanda Pentaqonun UNO-larla bağlı Konqresə hesabat təqdim edəcəyi gözlənilir.