• Qərb
  • 17 Sentyabr 12:05
  •  2 147

Tramp mer olmaq istəyir

“Nyu-Yorkda işləri yoluna qoya bilərik”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələcək seçkilərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

AzNews.az xəbər verir ki, o 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə dəqiq məlumat verməyib.

D. Tramp "Seçkidə iştirak etməsəniz, Nyu-York meri olmaq istəyərsinizmi?" sualına isə “çox istəyərəm” cavabını verib.

“Bir Nyu-Yorklu olaraq bu inanılmaz şəhərin insanlarının gücünə və möhkəmliyinə şahidəm.
Nyu-York inanılmaz bir şəhərdir”, – deyə o qeyd edib.

Eks-prezident Nyu-Yorkda vəziyyətin yoluna qoyulmağının vacib olduğunu, orada lazımlı işlərin görülməli olduğunu bildirib.

Şəbnəm Zahir