Böyük Britaniyada taxta çıxan kral III Çarlzın tacqoyma mərasiminin nə vaxt keçiriləcəyi müzakirə olunur Böyük Britaniyada taxta çıxan kral III Çarlzın tacqoyma mərasiminin nə vaxt keçiriləcəyi müzakirə olunur
  • Qərb
  • 22 Sentyabr 2022 11:18
  •  4 598

Kralın tacqoyma mərasimi nə vaxt olacaq?

Böyük Britaniyada taxta çıxan kral III Çarlzın tacqoyma mərasiminin nə vaxt keçiriləcəyi müzakirə olunur

Kral III Çarlzın tacqoyma mərasiminin anası Kraliça II Elizabetin tacqoymasının 70-ci ildönümündə, 2 iyun 2023-cü ildə baş tutacağı təxmin edilir.

Kralın tacqoyma mərasiminin planlaşdırılması “Qızıl Qlobus Əməliyyatı” adı altında davam edir.

Kraliça II Elizabetin tacqoyma mərasiminə hazırlıqlar 1952-ci il fevralın 6-da, o, tacı qəbul etdikdən sonra başladı. Lakin onun kraliça kimi tacqoyma mərasimi onun taxta çıxmasından 16 ay sonra, 2 iyun 1953-cü ildə baş tutdu.

Britaniyanın "The Sun" qəzetinin əlaqə saxladığı kral rəsmisi Çarlzın mərasimlə bağlı tələsmədiyini və hələ görüləcək çox işin olduğunu bildirib. Dünyada baş verən son hadisələrə görə tacqoyma mərasiminin gələn ilin may və ya iyun aylarında keçirilə biləcəyini bildirən qəzet kralın tacqoyma mərasimi üçün 2 iyun tarixini seçməsi ehtimalının yüksək olduğunu yazıb.

Züriyə Qarayeva