• Qərb
  • 6 Fevral 2023 09:54
  •  4 017

ABŞ: Zəlzələ ilə bağlı istənilən yardımı göstərməyə hazırıq

ABŞ Türkiyənin cənub-şərqində baş verən zəlzələ ilə bağlı bütün lazımi yardımı göstərməyə hazırdır.

AzNews.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib.

"Lazım olan hər cür yardımı göstərməyə hazırıq. Prezident Co Bayden Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və digər federal hökumət orqanlarına zəlzələdən ən çox zərər çəkənlərə kömək etmək üçün ABŞ-nin variantlarını nəzərdən keçirməyi tapşırıb. Biz Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəyik", - o deyib.

Pərvanə