• Qərb
  • 12 May 22:15
  •  1 070

Zelenski Putinlə birbaşa danışıqlara hazır olduğunu açıqlayıb

Ukrayna Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.

Bunu Ukrayna lideri Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətindən sonra bildirib.

"Biz Putinlə birbaşa danışıqlara hazırıq", - o, Telegram kanalında yazıb.

Bundan əlavə, Kiyev rejiminin rəhbəri uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün avropalılarla birgə işləməyin vacibliyini qeyd edib. O, həmçinin bəyan edib ki, Ukrayna ABŞ ilə daim təmasda olacaq .

Mövsüm

Aznews.az