- Qərb
- 17:06
- 964
Almaniyada şirkətin ofisinə hücum nəticəsində bir nəfər ölüb

Almaniyanın Melrixştadt şəhərində naməlum şəxs şirkət ofisinə bıçaqla basqın edib, nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə Bild qəzeti məlumat yayıb.
"Bu səhər polis və fövqəladə hallar xidmətləri şirkətin Melrixştadtdakı (Aşağı Frankoniya) ərazisində baş vermiş böyük insidentə reaksiya verib. Dörd nəfər bıçaqlanıb", - məqalədə deyilir.
Qeyd olunur ki, xəsarət alan qadın çoxsaylı bıçaq xəsarətləri, o cümlədən biri boyun nahiyəsindən aldığı xəsarətlərdən dünyasını dəyişib, daha üç nəfərə isə lazımi tibbi yardım göstərilir.
Mövsüm
Aznews.az