Tramp Yaponiyanı rüsumlarla hədələyib

ABŞ prezidenti Donald Tramp Yaponiyanı düyü qıtlığına baxmayaraq, onlardan düyü almadığı üçün rüsumlar tətbiq etməklə hədələyib.

Tramp məsələ ilə bağlı “Truth” sosial media hesabında paylaşım edib.

Yaponiyaya böyük hörmət bəslədiyini qeyd edən Tramp, "Düyülərimizi almırlar, buna baxmayaraq ciddi düyü qıtlığı yaşayırlar. Başqa sözlə, biz onlara sadəcə məktub göndərəcəyik və uzun illər ticarət ortağı olmaqdan xoşbəxt olacağıq",-deyə bildirib.

Tramp daha əvvəl 200-dən çox ölkənin hamısı ilə müqavilə bağlaya bilməyəcəklərini və yaxın 1-2 həftə ərzində bu ölkələrə məktublar göndərərək ABŞ ilə iş görmək üçün ödəməli olacaqları tarif dərəcələrini bildirəcəklərini bildirmişdi.

ABŞ prezidenti Tramp, “Sadəcə hamıya məktublar göndərmək istərdim ki, “Təbrik edirəm, 20, 25, 40, 50 faiz tarifi ödəyirsiniz”.

Mövsüm

Aznews.az