Tusk: Polşa Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarətini bərpa edəcək

Polşa miqrantların çoxluğu səbəbindən iyulun 7-dən Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarəti tətbiq edəcək.

Bu barədə respublikanın baş naziri Donald Tusk məlumat verib.

"Biz Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarətini bərpa edirik. Qərar bu gün qəbul edilib və bazar ertəsi, iyulun 7-də qüvvəyə minəcək", - Tusk jurnalistlərə bildirib.

Siyasətçi bildirib ki, hələ mart ayında Almaniyaya planlaşdırılan tədbirlərlə bağlı xəbərdarlıq edib. O, qeyd edib ki, Varşavanın miqrasiya məsələlərində səbri tükənir, xüsusən də praktikada dəyişiklikdən sonra – indi digər ölkələrin həqiqətən də miqrantları Polşaya qaytarıb-qaytarmamalı olduğunu müəyyən etmək çətinləşir.

Mövsüm

Aznews.az