- Türkiyə
- 1 İyul 17:03
- 968
Türkiyədə son günlər 342 yanğın hadisəsi qeydə alınıb

Türkiyədə son bir neçə gündə 342 meşə yanğını qeydə alınıb, onlardan 6-sı hələ də davam edir.
Bu barədə ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
"Beş gündə 342 yanğın baş verib. Manisa, İzmir, Hatay və Antakyada 6 yanğın davam edir", - " Haberler" portalı onun sözlərini sitat gətirib.
Adana vilayətində yanğının nəzarət altına alındığını deyən Yumaklı əlavə edib ki, güclü külək səbəbindən yanğının söndürülməsi hazırda problemlidir.
Mövsüm
Aznews.az