Venesuelada güclü zəlzələ: 32 nəfər həlak olub, 700-dən çox yaralı var

Venesuelada baş verən güclü zəlzələ nəticəsində azı 32 nəfər ölüb, 700-dən çox insan isə xəsarət alıb.

Bu barədə ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes məlumat verib.

Onun sözlərinə görə, hazırda 32 nəfərin həlak olduğu təsdiqlənib, lakin La Quayra ştatından gələcək məlumatlarla bu rəqəmin arta biləcəyi istisna edilmir. Yaralıların sayı isə 700-ü ötüb və onlar dövlət xəstəxanaları ilə özəl tibb mərkəzlərinə yerləşdiriliblər.

Delsi Rodriqes bildirib ki, yaxın saatlarda Venesuelaya ABŞ, Dominikan Respublikası, Salvador və Qətərdən xilasedici qruplar gələcək.

Bundan əlavə, Çin, Braziliya, eləcə də Karib hövzəsinin bir sıra ölkələri – Antiqua və Barbuda, Beliz, Sent-Lüsiya və Dominika da yardım təklif ediblər.

Mövsüm,

AzNews.az