• Qərb
  • 30 Aprel 13:36
  •  2 662

Londonda qılınclı şəxsin hücumu nəticəsində bir neçə nəfər yaralanıb

Londonda qılıncla silahlanmış şəxsin hücumu nəticəsində bir neçə nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Bu barədə polisin X sosial şəbəkəsindəki açıqlamasında deyilir.

"Polis və digər fövqəladə xidmətlər Londonun şərqindəki Hainault şəhərində qılınclı bir adamın həbs olunduğu ciddi insidentdən sonra fəaliyyətini davam etdirir", - bəyanatda deyilir.

İlkin məlumata görə, həmin şəxsin hücumuna məruz qalanlar arasında iki polis əməkdaşı da olub. Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat verilmir. Onların dəqiq sayı da göstərilmir. 36 yaşlı kişi isə hadisə yerində saxlanılıb.

Mövsüm

AzNews.az